Öncədemələr

MÜQƏDDƏS  KİTAB
BİBLİYADA PEYĞƏMBƏRLİKLƏR


1


Yaradılış 3



15 Mən səninlə qadın arasına,

Sənin balanla onun övladı arasına

Düşmənçilik salıram.

Bu övlad sənin başından vuracaq,

Sən də onu dabanından sancacaqsan».
Təxminən 6 min il əvvəl Allah tərəfindən deyilən bu peyğəmbərlik sözləri Müqəddəs Kitabda 7 min peyğəmbərlik sözlərindən ən qədimidir.İsa Məsih barəsində deyilən bu peyğəmbərlik sözləri olan ayədə söhbət İblis və insaniyyət arasında ruhani müharibə olan düşmənçilikdən gedir.Ayədəki peyğəmbərlik qismən gerçəkləşib, İblisin İsa Məsihi dabanından sancması Onun çarmıxdakı ölümünü göstərir.Çarmıxda bütün insaniyyətin günahı uğrunda ölməsiylə İsa Məsih ölüm üzərində qalib gələrək İblisi başında vurdu, və vaxtı  çatanda da Hökm Günü öncəsi o tamamilə məhv ediləcək.





2


Yaradılış 3



14Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün

Bütün ev heyvanları v
ə çöl heyvanları arasında

L
ənət qazanırsan.

Qarnın üstünd
ə sürünəcəksən,

Bütün ömrün boyu torpaq yey
əcəksən.
Bu ayə Şeytan haqda peyğəmbərlikdir və Müqəddəs Kitabın ən qədim peyğəmbərlik sözlərindən biridir.İlan İblisdir, Allah onu Adəm və Həvvanı günaha batırdığı üçün lənətləyir, və onun gələcəyi barədə deyir ki, qarnının üstündə sürünəcək və torpaq yeyəcək.Torpaq yəni adam, çünki  həmin fəsil 19-cu ayədə Rəbb Adəmi torpaq adlandırır.İblis insanı günaha batırdığı üçün Tanrı da ona əbədilik  belə qida təyin edir.Şeytan insanların günahı və insan bədəninin pis istəkləri ilə qidalan






3
Yaradılış 3

16 Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə

Çox
əziyyət verəcəyəm,

Uşaqlarını ağrı içind
ə doğacaqsan.


Ərinə meylli olacaqsan,

O s
ənə ağalıq edəcək».


Tanrı tərəfindən Həvvanın və eləcə də dünyada yaşayan hər bir qadının gələcəyi barədə deyilən peyğəmbərlik sözləridir.Müqəddəs Kitabda 4 ən qədim peyğəmbərlik sözlərindən biridir.Hər bir qadın dünyada məhz günahlarına görə ağrı içində uşaq doğur və qadının ərindən asılı olması da günahına görədir.



4


17 Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün,
 Qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün,
Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
 18O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».


Həm Adəm üçün, həm də Adəmdən törəyən bütün bəşəriyyət barədə peyğəmbərlik sözləridir.İnsan məhz günah etdiyi üçün Allahın cəlalından ayrı qalıb. Və insan, günahları üzündən öz əlinin zəhməti ilə yemək əldə edir.İnsan həm də məhz günah etdiyi üçün ölür.Dünya da Adəmin günahı üzündən lənətlənib, Dünyada: Ölüm, xəstəlik, bəla, və hər cür təbii fəlakətlər insan günahlarına görədir.



5


Yaradılış 4



11Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.  12Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan».  

Qabil haqda Rəbb tərəfindən deyilən peyğəmbərlik sözləridir, və Qabilin bütün ömrü boyu Rəbbin Sözləri onun həyatında gerçəkləşib.


6


Yaradılış 5

28 Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu.
 29 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə,
 əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu.




Nuh haqda atası tərəfindən deyilən peyğəmbərlik sözləridir.







7



Yaradılış 6

3Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq,
çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq».

Başlanğıcda insanlar min ilə yaxın yaşayırdılar, amma  günah üzündən əsrdən-əsrə Tanrı onların ömrünü azaldıb.Nuhun dövründə deyilən bu peyğəmbərlik sözləri üstündən təxminən 1000 il keçəndən sonra Musa peyğəmbərin dövründə gerçəkləşib.Musa peyğəmbərin özü 120 il yaaşyıb








8


Yaradılış 6





7 Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». 

13 Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm.
Nuhun dövründə dünyəvi daşqın barədə Rəbbin etdiyi peyğəmbərlikdir.Adəmdən 1656 il sonra, Nuhun 600 yaşı olanda gerçəkləşib.


9


Yaradılış 8
21 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm. 
22 Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək».

Tanrı tərəfindən dünyamızın gələcəyi barədə etdiyi peyğəmbərlikdir.






10
Yaradılış 9

1Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün.  2Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəətə gələcək. Onlar sizin ixtiyarınıza verilib.
Bütün canlıların insandan qorxması barədə olan peyğəmbərlik sözləridir.



11



Yaradılış 9

 5 Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam.  6 Kim insan qanı töksə, Onun da qanı
İnsan
əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb.
Rəbb tərəfindən söylənilən peyğəmbərlik sözləridir.



12



Yaradılış 9

8Allah Nuha və yanında olan oğullarına dedi:  9«Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram,  10gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram.  11Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək».  12Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur:  13buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun.  14Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək.  15Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək.  16Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».  17Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur».
Rəbb Allah tərəfindən dünyamız və eləcə də bütün canlılar barəsində olan peyğəmbərlik sözləidir.



13


Yaradılış 9

 25 «Kənana lənət olsun,
Öz qardaşlarının qullarına qul olsun».
26 Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun,
Kənan ona qul olsun.
27 Allah Yafəsə genişlik versin,
Samın çadırlarında yaşasın.
Kənan ona qul olsun».


Təxminən 46 əsr bundan əvvəl Nuh tərəfindən deyilən bu peyğəmbərlik sözləri Müqəddəs Kitabın ən böyük peyğəmbərlik sözlərindən biridir.Nuh 3 oğlu və onlardan törəyən xalqların gələcəyi barədə deyir ki; Kənana (ibranicə bu ad Knaan səslənir) lənət olsun.Kənan Huhun nəvəsi idi.Nuha qarşı əxlaqsızlıq edən bu adamdan törəyən xalqlar keçmiş İsrail ərazisində yaşayırdı və demək olar ki, İsrail övladları tərəfindən büsbütün məhv edilib.” Allah Yafəsə genişlik versin” demək, yəni Yafəsdən törəyən avropalılara genişlik versin.Sonralar avropalıların 3 qitəyə yayılmasıyla o peyğəmbərlik gerçəkləşib.







14


Yaradılış 12

1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.  2 Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.  3 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». 
Bu ayələr İbrahim peyğəmbər və Ondan törəyən İsrail xalqı  haqda Rəbbin etdiyi ilk peyğəmbərlikdir.



15


Yaradılış 13

 14Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax.  15Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm.  16 Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər.  17Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm».

Müqəddəs Kitabda İbrahim haqda olan ikinci peyğəmbərlik sözləridir.






16


Yaradılış 15

1 «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 5 Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 

İbrahim peyğəmbərdən Allah İsrail, ərəb, və bir çox xalqlar yaradıb.Müqəddəs Kitabda Rəbbin bu barədə etdiyi 3-cü peyğəmbərlik sözləridir.


17



Yaradılış 15

13 Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək.  14 Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar.  15Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən.  16Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».

İsrail övladlarının Misirdə qul olacağını və oradan çıxacağını yüz illər əvvəl bildirən Rəbb tərəfindən edilən peyğəmbərlik sözləridir.


18



Yaradılış 15

18 O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları –  19Qenlilərin, Qenizlilərin, Qadmonluların,  20Xetlilərin, Perizlilərin, Rafalıların,  21Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».

İsrail xalqı barədə Rəbbin İbrahimə etdiyi peyğəmbərlik sözləridir.Bu sözlər deyiləndən təxminən 1200 il sonra İsrail padşahı Davududun vaxtımnda gerçəkləşib.Gələcəkdə İsrail ərazisi yenə Davud peyğəmbərin dövründəki sərhədlərinə qədər genişlənəcək.


19



Yaradılış 16

10Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək».  11Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən,

Bir oğul doğacaqsan.

Onun adını İsmail qoyarsan,

Çünki R
əbb əziyyət içində fəryadını eşitdi.

12O, insanlar arasında

V
əhşi eşşək kimi olacaq:

O hamıya,

Hamı is
ə ona qarşı çıxacaq,

Bütün qardaşları il
ə yola getməyərək yaşayacaq».

13Həcər onunla danışan Rəbbi «El-Roi adlandırdı» dedi, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm»

Ərəblər  və onların atası İsmail barədə peyğəmbərlik sözləridir.



20



Yaradılış 17

1İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.  2Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam».  3İbram üzüstə düşdü. Allah onunla danışıb dedi:  4«Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan.  5 Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim.  6Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq.  7 Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam.  8 Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam».


İbrahim peyğəmbərdən İsrail, ərəb və digər millətlərin yaranması və Kənan torpağının onun nəslinə, İsarail övladlarına  verməsi barədə Rəbbin etdiyi peyğəmbərlik sözləridir.





21

Yaradılış 17

15Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq.  16Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». 

İbrahimin arvadı Saradan doğulacaq İshaq və digər millətlər barədə Rəbbin etdiyi peyğəmbərlik sözləridir.


22

Yaradılış 17

19Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm.
Ishaq barədə ikinci və İshaqdan törəyən İsrail xalqıı haqda peyğəmbərlik sözləridir.


23



Yaradılış 17

20İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. 

İsmail və ondan törəyən ərəb ümməti barədə peyğəmbərlik sözləridir.



24



Yaradılış 18

1 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu.   2 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. 10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq».  18Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. 

İbrahimin oğlu İshaq və ondan tərəyən İsrail xalqı haqda başqa bir peyğəmbərlik sözləridir.


25



Yaradılış 21


  12 Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.  13Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir»

İbrahimdan tərəyən İsrail və Ərəb xalqı barədə peyğəmbərlik sözləridir.





26



Yaradılış 21

15 Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi:  16 «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə  17 Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.  18 Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

İbrahim peyğəmbər və ondan törəyən xalqlar haqda Yaradılış kitabında 12 peyğəmbərlik sözlərindən sonuncusudur.


27



Yaradılış 22

 21İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu.  22Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi.  23 Rəbb ona dedi: «Sənin bətnində iki millət var,

S
ənin qarnından iki xalq çıxacaq.

Bir xalq o biri xalqdan güclü olacaq,

Böyüyü kiçiyin
ə qulluq edəcək».

İsrail və Edom xalqı haqda peyğəmbərlik sözləridir.



28



Yaradılış 26

 1İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi.  2Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal,  3 bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm.  4Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq.  5Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».

İsrail xalqı və bu xalq vasitəsiylə Rəbbin qurtuluş planını qəbul edən bütün xalqlar barəsində peğəmbərlik sözləridir.


29



Yaradılış 27

39 Atası İshaq ona belə cavab verdi: «Yaşadığın yer torpağın şirəsindən,

Yuxarıda göyl
ərin şehindən uzaq olacaq.

40 Qılıncınla yaşayıb

Qardaşına qulluq ed
əcəksən.

Amma azad olmaq ist
əyəndə

Onun boyunduruğunu

Boynundan qırıb atacaqsan».
İshaqın qardaşı Esav və ondan törəyən Edom xalqının gələcəyi barəsində peyğəmbərlik sözləridir.


30

Yaradılış 28

12 O (Yəqub), yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər.  13 Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm.  14 Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq.  15Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam 
İsrail xalqı və bu xalq vasitəsiylə Rəbbin qurtuluş planını qəbul edən bütün xalqlar barəsində peğəmbərlik sözləridir.
31

Yaradılış 32

 28 O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
Yəqubun gələcəyi barəsində söylənilən peyğəmbərlik sözləridir.

32

Yaradılış 35

9 Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi.  10 Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail qoydu  11 və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq.  12İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm». 
Yəqubun gələcəyi, İsrail xalqı, və Yəqubdan törəyən digər xalqlar barədə 3 –cü peyğəmbərlik  sözləridir.

33

Yaradılış 37

 5Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.  6Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:  7biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər».  8Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?»Yəqubun gələcəyi, İsrail xalqı, və Yəqubdan törəyən digər xalqlar barədə 3 –cü peyğəmbərlik  sözləridir.
Yusifin gələcəkdə ucalacağı və qardaşlarının ona səcdə edəcəyi barədə peyğəmbərlikdir.Bu peyğəmbərlik təxminən 22 il sonra gerçəkləşir.
 34

Yaradılış 37

 9Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir».  10O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?»  11 Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.

Yusifin gələcəkdə ucalacağı və ailəsinin ona itaət edəcəyi barədə ikinci peyğəmbərlik sözləridir.
35

Yaradılış 40

  9Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.  10Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.  11Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».  12Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.  13Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. 

Yusifin baş saqi haqda etdiyi peyğəmbərlikdir, dəqiqliklə gerçəkləşib.
36

Yaradılış 40

 16Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var.  17Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».  18Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür.  19Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».
Yusifin baş çörəkçi haqda etdiyi peyğəmbərlikdir.

37

Yaradılış 41

 29Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.  30Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.  31Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.
Yusifin Misir haqda etdiyi peyğəmbərlikdir.

38

Yaradılış 42

2Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».  3Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.  4Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq»

Yaqubdan tərəyən İsrail xalqı və Yaqubun gələcəyi haqda peyğəmbərlik sözləridir.Belə də olur.

39

Yaradılış 46

19Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». 

Yəqubun Yusifdən olan nəvələri Menaşe və Efrayimdan olan millətlər haqda peyğəmbərlik sözləridir.
40

Yaradılış 49

3Ey Ruven, ilk oğlum, Gücümün və qüdrətimin mənbəyi sənsən. Ləyaqətin hamıdan üstündür,

Qüvv
ətin hamıdan çoxdur. 4Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan.

Çünki atanın yatağına girib
Onu murdar etdin, Sən döşəyimə çıxdın.

Yaqubun ilk oğlu Ruven və eləcə də Ruven qəbiləsi haqda etdiyi  peyğəmbərlik sözləridir.
41

Yaradılış 49

5Şimeonla Levi qardaşdır,

Q
əddarlıq qılıncları ilə silahlanıblar.

6Ey qəlbim, onların məclisinə getmə,

Ey ş
ərəfim, onların toplantısında olma.

Çünki onlar q
əzəblənəndə qətl etdilər,

Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.

7Lənət olsun vəhşi qəzəblərinə,

L
ənət olsun qəddar hiddətlərinə.

Onları Yaqubda ayıracağam,

İsraild
ə səpələyəcəyəm.

Yəqubun Şimeon və Levi qəbilələri  haqda etdiyi  peyğəmbərlik sözləridir.Deyildiyi kimi olur.
42

Yaradılış 49

8Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək.
9 Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? 10Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. 11Eşşəyini tənəyə,
Ulağını
ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qızıl qanında yuyacaq. 12Gözləri şərabdan da parlaq olacaq, Dişləri süddən də ağ olacaq

Yəqubun Yəhuda qəbiləsi və ondan gələn İsa Məsih haqda  etdiyi  peyğəmbərlik sözləridir.
43

Yaradılış 49

13Zevulun isə dəniz kənarında yaşayacaq,

Ora g
əmilərin limanı olacaq,

Ərazisi Sidonun yanınadək uzanacaq.

14Qoyun ağılları arasında yatan İssakar

Bir qüvv
ətli ulağa oxşar.

15O, yaxşı və rahat olan yer,

Bir s
əfalı ölkə görsə,

Çiynini yük daşımaq üçün
əyər,

Mük
əlləfiyyətçi qul olar.
Yəqubun Zevulon  qəbiləsi haqda  etdiyi  peyğəmbərlik sözləridir.

44

Yaradılış 49

16Dan İsrail qəbilələrindən biri olub

Öz xalqına hökm ed
əcək.

17Dan yol üstündə bir ilan,

Cığırda bir gürz
ə olacaq;

El
ə bir gürzə ki atın topuğundan sancır,

Süvarisi arxası üst
ə yıxılır.

18Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.

Yaqubun Dan qəbiləsi haqda  etdiyi  peyğəmbərlik sözləridir.
45

Yaradılış 49

19Qad talançı basqınına düçar olacaq,

Lakin onları topuğundan vuracaq.
Yaqubun Qad qəbiləsi haqda  etdiyi  peyğəmbərlik sözləridir.
46

Yaradılış 49

20Aşerdən zəngin nemətlər gələcək,

O, şahan
ə ləzzətli yeməklər yetirəcək.
Yaqubun Aşer qəbiləsi haqda  etdiyi  peyğəmbərlik sözləridir.
47

Yaradılış 49

21Naftali azad edilmiş bir maraldır,

Ondan göz
əl balalar doğulacaq.

Yaqubun Naftali  qəbiləsi haqda  etdiyi  peyğəmbərlik sözləridir.
48

Yaradılış 49
22Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar. 23Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar. 24Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu. 25Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək. 26Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun

Yaqubun Yusif nəsli  haqda  etdiyi  peyğəmbərlik sözləridir.

49

Yaradılış 49

27Binyamin acgöz bir qurddur,

S
əhər ovunu yeyər,

Axşam q
ənimət paylar».

Yaqubun Binyamin qəbiləsi   haqda  etdiyi  peyğəmbərlik sözləridir.

Комментариев нет:

Отправить комментарий