Yaradılış sirri

YARADILIŞDA BƏNZƏTMƏLƏR
(Kainatda Allahın Surətləri və bənzərləri)

Allah dünyada elə bir şey yoxdur ki, onu nəyinsə surətində və ya bənzərində yaratmasın.Bütün fiziki aləm ruhani aləmin bənzərində yaradılıb.Allah bu bənzəmələrlə bizə ruhani şeyləri agah etdirmək istəyir, insan cism olduğu üçün ruhani aləmi görmür, və görmədiyi şeyləri də başa düşməkdə acizdir.Yaradılışda bənzəmələr də insanın anlaması üçündür. Başlayaq dünyada ən böyük qüvvə olan Allahın Özündən.Dünyada Allahın ruhani və ya məcazi mənada bənzəri çoxdu:


1.ALLAHIN - Surətləri və Bənzərləri:
GÖYLƏR, GÜNƏŞ, OD,

Başlayaq günəşdən, GÖYLƏR - Allahin bəznəridir, Allah böyükdü, sonu yoxdu, göylərin də sonunu biz görmürük.GÜNƏŞ – də Aallahın bənərindədir, Günəş yanar oddu, Allah da nurdu, parlaqdı, Tövratda Allah deyir “ Mən yandırıb yaxan alovam”. Bəzi peyğəmbərlər Allahı taxtda oturan alov kimi görüblər.Günəş olmasa fiziki aləm də olmaz, Allahsız da heç nə olmaz.Gün şüası olmadan canlı heç nə olmaz, Allah da həyat verən Ruhdur.İnsan da Allahın surətində və bənzərində yaradılıb, bu açıqca Tövratın əvvəlindəcə yazılıb.Allahla insan arasında oxşarlıq çoxdur, Allah yaradandır, insan da yaradır, Allah yoxdan yaradır, insan Allahın yaratdığından.

2.ALLAH KƏLAMI: GÖYLƏR, AY, BAL, ÇIRAQ, DAŞ, OT, GÜN İŞIĞI, TAXIL, UN, ÇÖRƏK, QILINC, TOXUM, QIZIL.
Göylər - Allah Kəlamını bənzəridi, əbədii, dəyişməzdi, günəş şüası kimi həyat verir.AY da Allah Kəlamını bənzəridi, ay qaranlıqda olanlara işıq göstərir, Allah Kəlamı da ruahni mənada qaranlıqda olanlar üçün bir nurdu, yolumuzda çıraqdı.BAL – Allah Kəlamının bənzəridi, Allah Kəlamı bal kimi şirindi.Tövratda dəfələrlə Allah İsrail Övladlarını Misirdən çıxaranda deyib “Sizi bal və süd axan torpağa gətirəcəm” BAL – Allah Kəlamının, SÜD – isə Allahın Ruhunun bənzəridi.Bunun da ruhani mənası onları ALLAH KƏLAMI və ALLAHIN RUHUYLA bəsləyəcəyini bildirir.DAŞ da Allah Kəlamının bənzəridi, Allah Kəlamı daş kimi möhkəmdi, Davud filiştli cəngavəri daş ilə vurub öldürmüşdü, Allah Kəlamıyla şər qüvvələri qovuriq.OT – da Allah Kəlamını bəznəridi, İsa Məsih dəfələrlə ona iman edənləri qoyunlarım adladırıb, ət yeməyən bütün sülh heyvanları imanlı insanların bəznəridi, ev heyvanlarının da yediyi otdur, imanlıların da ruhani qidası otdur.ŞAM da Allah Kəlamını bənzəridi, ÇIRAQ da.Allah Kəlamı qaranlıqda yolumuza işıqdı.GÜN İŞIĞI da Allah Kəlamının bənzətidi, Allah Kəlamı olmadan aydınlığa çıxa bilmərik.TAXIL, UN, ŞÖRƏK də Allah Kəlamının bənzəridi.Müqəddəs Kitabda harda çörək sözü yazılıbsa onun ruhani mənası Allah Kəlamıdı.İsa Məsihin möcüzələrindən biri olan bir neçə çörəyi artırıb şagirdləri vasitəsiylə xalqa paylaması o deməkdir ki, Allah bizim vasitəmizlə Kəlamını insanlara çatırır.Ruhani çörək olan Allah Kəlamı ruhumuzun qidasıdır.İsrail Övladları səhrada olarkən Allahın göydən onlara yeməyə manna verməsinin ruhani izahı Allahın bizi Kəlamıyla qidalandırmasıdı, Allah Kəlamı da göylərdən gəlir.Müqəddəs Kitabda Allah Kəlamı iki ağızlı iti QILINCa da bənzədilib, düz söz acı olur deyib atalar, həm də Allah Kəlamı Həqiqətdi, qılınc kimi kəsir.QIZIL da Allah Kəlamının bənzəridi, bunu yəqin ki, ən sadə məsihçilər də bilir.TOXUM da Allah Kəlamıdı, Mattada İsa Məsih toxumu Allah Kəlamıyla müqayisə edir, xeyirxah insanda Allah Kəlamı toxum kimi cücər, və insanın imanı böyüyür, daş ürəkli imsansız insanda Allah Kəlamı cücərmir.



3.ALLAHIN RUHU. Dünyada Allahın Ruhunu bənzəri çoxdu, məsələn:
GÜN ŞÜASI, HAVA, SU, ŞƏRAB, QADIN, GÖYƏRÇİN, BULUD, TÜSTÜ. ZEYTUN YAĞI, MƏSH YAĞI  və s.

Gün şüası təbiətə can verdiyi kimi, Allahın Ruhu canlılara həyat verir.İnsan havasız dayana bilmədiyi kimi Allahı Ruhu olmadan da mövcud ola bilməz, hər bir insanda həyat ruhu var.SU Müqəddəs Kitabda Allahın ruhunu bənzərində ən çox işlədilən sözlərdən biridi.İsa Məsih Yəhyanın Müjdəsində deyir “O sudan içən bir də susayacaq, amma Mənim verəcəyim Sudan içən əsla heç vaxt susamayacaq” Əlbəttə ki, söhbət Həyat verən Müqəddəs Ruhdan gedir.ŞƏRABın da ruhanu mənası Allahın Ruhudu.İkisi arasında bənzərlik çoxdu, Allahın Müqəddəs Ruhunda içən insan da kefli kimi çox şən olur, Allahın Sevgisiylə dolur.Həvarilərin İşləri kitabında Həvariləri sərxoşluqda qınayırdılar, amma əslində onlar Müqəddəs Ruhdan içmişdilər.İsa Məsihin ilk möcüzəsi toyda suyu şəraba çevirməsi olub, bunun da ruhani izahı odur ki, O artıq Yeni Ruh, yəni Müqəddəs Ruh gətirib, və Ona iman hər bir salehə bu Ruhdan verilir.QADIN da Müqəddəs Ruhun bənzəridir, Müqəddəs Kitabın bir çox hissələrində qadın və Müqəddəs Ruh sözü eyni sayda yazılıb, hətta bunu bilməyənlər belə qadının Allahın Ruhunun surəti olduğuna inanır.Müqəddəs Ruh da qadın kimi doğur, qadın kimi gözəldir, həssadı.Həmçinin GÖYƏRÇİN də Allahın Ruhunu bənzəridi, Nuhun gəmidən göyərçin buraxması, və İsa Məsihin vəftiz olunanda üzərinə göyərçin qonması da Müqəddəs Ruha işarədi.Müqəddəs Ruh da göyərçin kimi çox həssadı, ürkəkdi, günah olunan yerdən uzaqlaşır.BULUD  da Allahın Ruhunun bənzəridi, Müqəddəs Kitabda dəfələrlə Rəbbini izzəti bulud vasitəsilə özünü göstərmiş, Müqəddəs Məskənin üzərində durmuş, və İsrail Övladları gedəndə onların üzərində gedib onlara yol göstərədi. (Çıxış 40) Necə ki, buluddan yağış yağır təbiəti dirçəldir, Müqəddəs Ruh da da iman edənlərin üzərinə yağıb onları dirildir.Necə ki, sular buxurlanıb havaya qlxıb buludala birləşir, biz də bədənimiz öləndən sonra göylərə qalxıb Rəbbimizlə qovuşacağıq.Buludun – ağ rəngdə olması da Rəbbin salehliyi və müqəddəsliyidi.OD Allahın surətidi, TÜSTÜ də Müqəddəs Ruhun.Tüstü oddan çıxdığı kimi, Müqəddəs Ruh da Allahdan gəlir.


ATA - Ata Allahın, ANA - Müqəddəs Ruhun surəti.

İnsanın ata-anaya hələ uşaq vaxtından ehtiyacı olur, demək olar ki, ailədə və övladın həyatında hər ikisinin öz yeri var.Həm atasız insan üçün çətin olar, həm də anasız, amma ikisindən məhrum olmaq fəlakət dərəcəsinə çatar.Adətən atasız, və ya anasız böyüyən uşaqlar pis yollara düşür, yetim uşaqlar hətta cinayətlərə belə əl atır.Ata ciddidir, uşaqda  ata qorxusu olur, və uşaq bir çox pisliklərdən atasından qorxduğuna görə uzaqlaşır, ana, uşağı nə etsə də həmişə bağışlayır, və uşağıyla çox ciddi olmur, çünki ana qəlbi hədsiz həssadı.Bütün bu yazdıqlarımın ruhani mənası da vardır.Məsihilikdə Allah - Atadır, və Müqəddəs Ruh da bizə ana kimidir.İnsan ailəsində ATA - Ata Allahın, ANA - isə Müqəddəs Ruhunn surətidir.Hər ikisi 1 Allah olsa da ikisində olan keyfiyyətlər və xüsusiyyətlər fərqlidir, dünyəvi ata və anadakı kimi.Allahı Ata adlandırırq, çünki, O var olan həyatın qaynağıdır.İsa Məsihə iman edən hər bir insan Müqəddəs Ruhdan doğulur.Bütün fiziki nemətlər, ruhani nemətlərin bənzəridir, bal - Allah Kəlamının, süd - isə Allahın Ruhun bənzəridir.Bax Allahdan doğulan varlığı da Allah Öz Kəlamıyla, və Ruhuyla qidalandırır, və o varlıq ruhda böyüyür, güclənir, və Allaha gedir.Əziz dostum, əgər sən Allahla qovuşmaq istəyirsənsə, bil ki, Allaha getmək üçün mütləq Allahın Ruhundan doğulmaq lazımdır, çünki Allah Ruhdur, və Onunla sən ruhən qovuşa bilərsən.Əgər insan dünyada atasız və anasız yaşayarsa, o xəşbəxt ola bilməz, çünki onun bünövrəsi ata-ana tərbiyəsi üzərində qurulmamışdır, əgər bir uşağı evindən aparıb bir az uzaqda buraxıb tək qoysan, o evini tapa bilməz, dünyada Ruhani Atasız yaşayan insan da haqq yolu Onsuz tapa bilməz. Dünyada bir çox təlimlər tək olan Allaha ibadət etdiklərini desələr də, əslində Allahı tanımırlar, çünki Allahın kimliyini məhz Müqəddəs Ruh açır, çünki O, Allahdan gələn Həqiqət Ruhudur.Bəzi təlimlərdə olanlar da səhf düşünüb inanırlar ki, Allahın Ruhuna malikdirlər, ancaq əslində bu belə deyil, çünki bu Ruh, ancaq İsa Məsihə iman edənlərə verilir, çünki Allah bir oladuğu kimi, Onun dünyada yaratdığı Təlim də birdi, Məsihin Təlimi, Məsih isə dünyaya insan biçimində gələn Allahdır. Heç o insanlarda məsihçilərdə olduğu kimi Müqəddəs Ruhun əlamətləri olmur.Əziz insan, Ata Allahı və Ondan gələn Müqəddəs Ruhu daha yaxından tanımaq istəyirsənsə Müqəddəs İncili duayla oxuya bilərsən, Rəbb sənə Həqiqəti açsın.Unutma ki, sənin bü dünyada əlindən tutan Ruhani Atan və Anan yoxdu. amma O səni hər an qəbul etməyə hazırdı, sən ilk addımını at, o sənə doğru bir çox addım




İNSANIN SURƏTİ VƏ BƏNZƏRİNDƏ OLANLAR.

EV HEYVANLARI, AĞACLAR, TORPAQ.İnsan özü Allahın surəti və bənzərində olsa da, dünyada insanın özünün surətində və bənzərində olan bir çox şeylər var.Məsələn ev heyvanları insanların  məcazi mənada bənzərindədi.7 cürə ev heyvanı var, bu heyvanlar Allahın Xalqında olan 7 firqədir; AT, EŞŞƏK, DƏVƏ, ÖKÜZ, İNƏK, QOYUN VƏ KEÇİ.At – ruh deməkdi, ruh sürətlidi, at da, ona görədir ki, maşın sürətini atla ölçürlər.Vəhy kitabında Yəhyanın gördüyü dörd at – 4 ruh deməkdi. AT – ruhun surətidir, insanı idaərə edən ruhdur, amma ruh insan iradəsinə zidd getmir ÖKÜZLƏR cüt sürmək üçündü.Cüt 2 öküzlə sürülür, müjdəni də təbliğ etmək üçün İsa şagirdlərini iki-iki göndərirdi,Cüt sürən Bəşər Oğludu, Müqəddəs Müjdəni, O, imanlılar vasitəsilə təbliğ edir.Dedi, danışan siz yox, Atanın Ruhu olacaq.Öküzlər – döyüşçü məsihçilərdi, öküz görünüşcə döyüşçüdü, çox möhkəmdi.EŞŞƏKLƏRİN də Rəbbdə xidmətində öz yeri var, Eşşəklərdən qoşqu kimi istifadə olunmasa da, yük daşınması üçün geniş istifadə olunur.Eşşək ləng olsa da çox yük götürür, çox yük daşıyan adam deyir “məni eşşək kimi yüklədəilər”.  DƏVƏLƏR – susuzluğa ən çox davamı olan ev heyvanıdı, həm də dəvə səhra heyvanıdı.Səhra – boşluqdu, sınaqdı.İNƏKLƏR - ən çox süd verən ev heyvanıdı, süd Allahın Ruhudu.QOYUNLAR – seçilmişlərdi. Qoyun çox xeyirli heyvandı, həm bol yun verir, həm süd verir, həm də əti çox yeməlidi.Qoyun ən yağlı heyvandı, yağ Müqəddəs kitabda çox işlənib, yağın ruhani mənası Müqəddəs Ruhdu.Qoyunların çox yağlı olması – məsihçinin içindəki Müqəddəs Ruhun atəşinin göstəricisidir.İsa Məsin dəflərlə Ona iman edənləri “qoyunlarım” adlandırıb.Qoyun ağıllı heyvandı, həm də sülh heyvanıdı, sakitdi, qoyunun ot yeməsi imanlının Allah Kəlamıyla qıdalanmasını göstərir.Çoban İsa Məsihin Surətidir, canavarlar və eləcə də bütün vəhşi heyvanlar cin ruhlarının və şər insanların surətidir, vəhşilər daim yem axtarmaq üçün sürünü güdürlər, amma İsa Məsih elə Çobandır ki, bir imanlısını da qürda yem etməz.KEÇİLƏR də bəzi imanlıların surətidir, amma belələri Allah Kəlamına az itaət edən firqədir.İncildə Mattanın Müjdəsi 26:31-46 da qoyunlarla keçilərin fərqi gözəl izah edilir.Keçi kimi olan imanlılar, hansı ki, dünyada Tanrı Kəlamına xor baxıblar, Hökm Günü əbədi əzaba düçar olacaqlar.Qoyun ot yesə də, keçi nadir hallarda ot yeyir, keçilər əsasən gül-çiçək yeyir.Keçi kimi olan salehlər dünyada ruhən əla qidalansalar da az bəhrə veriblər, ona görə də elələri xilas olmayacaq.Qəribə də olsa keçi südü dərmandır... Süd də ki, yuxarda izah edildiyi kimi Müqəddəs Ruhun bənzəridi..BÜLBÜL salehin duasıdı.QARĞA ehtimal ki, dünyəvi insanın surətidi, Nuh gəmidən qarğa buraxır, və ya  peyğəmbərlər təqib edilən dövrdə Allah qarğalara əmr etmişdi ki, İlyas peyğəmbəri çörəklə, ətlə və suyla  təmin etsin.Allah bizi dünyəvi insanlar vasitəsiylə qidalandırır, həmin dövrdə İsrail padşahının saray rəisi olan Avdiya Rəbbin peyğəmbərlərini gizlədərək onları ərzaqla təmin edirdi.Qalan bütün ev heyvanları müxtəlif xarakterli insanların bənzəridi.QARANQUŞ məsihi insanın surətidi, qaranquş harda alvov görür ora ağzında su gətirib tökür, hətta ev belə yansa, məsihçi dərdli insana kömək edir, onun dərdi böyük olsa da.Bütün VƏHŞİ HEYVANLAR  cin ruhlarının bəznəridi, ŞİR - Şeytanın surətidi, İncildə Həvari Pavel deyir Şeytan nərildəyən bir şir kimi birini parçalamaq üçün axtarır.Bu müqayisə şirin İblisin surəti olmasını anlamaq üçün kifayətdir.Allahın seçdiyi insanlar, məsələn, Davud, Şimşon şir öldürüblər, bu onların ruhani mənada  İblisə qalib gəlməklərini göstərir.CANAVARLAR – cinlərin surətidi (P.S. Hansı xalqlar qurdlarla fəxr ediblər? Hətta dövlətlərinin bayraqlarında belə qurd şəkli olub?) Arılar saleh insanların surətidi, bal fraz edir, bal – Allah Kəlamıdı, arının iynəsi də Allah Kəlamıdı, Rəbbin Kəlamı qılıc kimi kəsir.YARASALAR  da cin ruhlarının surətidi, işıqlıqda uça bilmirlər, cinlər də nurda hərəkət edə bilmirlər, çünki onlar qaranlıq mələyidirlər.SİÇAN da cin ruhunun və İblisin surətidi, necə siçan insan evini deşib  kəsib tökürsə, cin ruhu da başqa bir ev olan insan bəsənini daxilən və ruhən didib dağıdır.Həm də fikir verin ki, deyilənə görə siçan qızıl xoşlayan olur, yəni evdə qızıl görəndə onu oğurlayıb yuvasına aparaır, QIZIL - Allah Kəlamı deməkdi, İblis və cinlər insandan Allah Kəlamını oğurlayırlar ki, onlar Rəbbə sadiq qalmasınlar. Mattanın Müjdəsində Rəbb deyir bəziləri kəlamı sevinclə qəbul edirlər, amma Şeytan gəlib Kəlamı oğurlayır.AĞACLAR  da insanların surəti və bənzəridir.Müqəddəs Kitabda insanlar dəfələrlə ağaclarla müqayisə olunub, yaxşı bar verən ağac var, bar verməyən ağac da var, amma bar verməyəni Allah oda atır, Kəlam deyir.33 dəfə Köhnə Əhddə ƏNCİR AĞACI  İsraillə müqayisə olunub, əncir – İsrailin surətidi, İncildə İsa Əncir ağacında meyvə tapmayanda onu lənətləyir, ancaq əslində o təkcə ağacı yox, İsraili lənətləyir, Ona iman etmədiklərinə görə.O zamandan İsrailə Rəbb tarixində ən uzun cəza dövrü ayırır.Cəca dövrü 1-ci əsrdən 1948-ci ilə kimi davam edir.Üzüm Məsih və Onun tərafdarlarının surətidir.Yəhyanın müjdəsində bu çox gözəl izah edilir (Yəhya 15:1-6). HÖRÜMÇƏK – İblisin surətidi.


TƏBİƏTDƏ BƏNZƏMƏLƏR.

Təbiətdə olan bir çox şeylər insanların surətində və bənzərində yaradılıb.TORPAQ – insanların bənzərindədi, insan özü torpaqdan yaranıb.Bol məhsul verən bərəkətli torpaq -  xeyir-dualı saleh imanlı insanların bənzəridi.Saleh insan daim bəhrə verər, Allah işini görər, Rəbbə itaət edib daim yaxşı işlər görər.Məhsul verməyən bərəkətsiz torpaq imansız insanın surətidi, belə torpaq susuz çat-çat olar, su – Allahın Ruhudu. Allahın Ruhuna malik olmayan insanlar da ruhsuz belə çat-çat olar, bəhrə verməz.DƏNİZLƏR, GÖLLƏR, MEŞƏLƏR  – xalqların bənzəridir.SƏHRALAR– həqiqi imana malik olmayan bütpərəst xalqların bənzəridi, orada suların olmaması Allahın Ruhuna malik olmamasını göstərir, fikir versəniz müsəlman ölkələrin 90% i səhralarda yerləşir: mərkəzi Afrikadan tutmuş Aralıq dənizinə kimi Afrikanın yarısı, Ərəbistan yarımadası, yaxın şərq, İranın və  Pakistanın bir hissəsi, Orta Asiyanın böyük hissəsi, Uyğuriya və s.
DAĞLAR -  Allahın Xalqının suratidi, imanlılar icmasının bənzəridi, Tövratda hətta “dağlar” və “icma” sözləri eyni sayda yazılıb.Allahın yaradığı Cəmiyyət dağlar kimi sarsılmazdı.Dağlar hər şeydən yüksəklikdədi, Rəbbin Cəmiyyətləri də bütün dünya cəmiyyətlərindən üstündü. DƏNİZLƏR – xalqlardı. ÇAYLAR  Allahın Cəmiyyətlərinin surətidir, İncilin Vəhy Kitabında hətta “çaylar” və “cəmiyyətlər” sözləri eyni sayda yazılıb.Çaylar başlangıclarıı dağlardan götürür.İti axan təmiz çaylar Müjdəni sürətlə təbliğ edən Xristian Kilsələridİ, bulanlıq çaylar az bəhrə verən cəmiyyətlərdi. Çaylar axıb dənizə tökülür, cəmiyyətlərdə imanlılar çoxaldıqca Allahın Xalqının sayı da artır.GÖL – Iblisin səltənətidi, göl suyunun dənizlərə çıxış yolu yoxdu, onda olan balıqlar İblisin əsirliyində olan insanlardı.Həvarilərin göldə balıq tutması -  insanları iblisin əsirliyindən çıxarması deməkdi.Yəhyanın Müjdəsin sonunda göldən 153 balıq tutması xilas olunan yəhudilərin hərfən sayının tamı deməkdi.İncildə İsa Məsihin xeyir-dua verdiyi insanların sayı da o qədərdi, İncildə yəhudilər və günah sözləri də 153 dəfə  yazılıb.
YAĞIŞ, QAR, DOLU.Buluddan üç şey yağır: yağış, qar, dolu.Yağış – Allahın sevgisidi. Yağış suyu torpağa can verir, Rəbbin Ruhu bizə həyat verdiyi kimi.Dolu Allahın qəzəb ruhudu, dolu dağıdıcı. Viranedicidi, günahkarlara ziyan verir.Qar – Allah Kəlamıdı, səhrada Rəbbin İsrail Övladlarına göydən verdiyi mannanın surətidi.Rəbbin Cəmiyyətlərinin surəti olan Uca dağların başı həmişə qarlı olur, bu Rəbbin Cəmiyyətlərin Allah Kəlamının bolluğunu göstərir.Dağların qara bürünməsi Allahın Cəmiyyətlərinin salehliyə bürünməsi deməkdi.Ağ qar dağların salehlik libasıdı, salehlik və müqəddəslik də saleh insanların, Rəbbin icmalarının.


GÖY QURŞAĞI və RƏNGLƏR.

GÖY QURŞAĞI və RƏNGLƏR. Göy qurşağı Allahın Nuh bə ailəsliylə bağladığı əhdin əlamətidir.Onda olan 7 rəngin izahı: QIRMIZI – bədənin günahlarıdı  (Yeş 1:16-18)  NARINCI – odla imtahan ( 1 Pet 4:12, 13; Yez 1:4) SARI – imanın qızılı (1 Pet 1:5-9)  YAŞIL - əbədi həyat (Zəbur 92:13-15) MAVİ – Allah Kəlamı (Saylar 15:37-41) GÖY – Padşahlıq  və BƏNÖVŞƏYİ – kahinlik rəngi (İmanın mükafatı)

BAŞQA BƏNZƏMƏLƏR
YUXU – Ölümün bənzəridi.Yuxu da ölümdü. İsa Məsih yuxunu da ölümlə müqayisə edib.(Yəh Müj 11:11-14) Necə ki, xoruz banlayıb yatanları oyadır, Qiyamət Günü də Rəbbin Səsini eşidən beləcə yuxudan (yəni ölümdən) ayılacaq.

Комментариев нет:

Отправить комментарий