Kitabın izahı

YARADILIŞ 1

Dünyanın yaranması

1Başlanğıcda Allah göyləri və yeri yaratdı.  2Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.  3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.  4Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.  5Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.

Göründüyü kimi başlanğıcda Allahdan başqa heç nə olmayıb və hər şeyi O yoxdan yaradıb.Allahın yaratma qüvvəsi Onun Sözündə və Ruhundadır. Sözüylə deyir, Ruhuyla isə yaradır.33-cü Məzmurda deyilir “Göylər Rəbbin Sözü ilə, səma cisimləri Onun Ruhu ilə yarandı”.Yer bir olsa da, göylər  bir çox qatlardan ibarətdir, və onlarda müxtəlif ilahi varlıqlar yaşayır.Yer məcazi mənada Allahın xalqı, sular damcılardan ibarətdir, və ruhani mənası insanlar deməkdir.Allahın Ruhunun suların üzərində dolaşması hər bir insanın Onun Ruhu ilə hərəkət etməsini göstərir.Süleymanın Məsəlləri 16:9 -da deyilir “İnsan ürəyində özü üçün yol qurar, amma Rəbbin verdiyi istiqamətlə addımlar.Qaranlıq – şər, işıq isə - xeyir deməkdir.Allahın işığı yaxşı sayıb onu qaranlıqdan ayırması Onda olan bu keyfiyyətin böyüklüyünü göstərir.İşıq məcazi mənada həm Tanrının Özüdür, çünki Tanri Nurdu, həm Rəbbin mələkləridi, həm də Allahın xalqı deməkdir.Tanrının işığı qaranlıqdan ayırması həm də gələcəkdə xüsusi xalq seçib onu bütpərəstlərdən ayırmasını göstərir.Gün çıxanda qaranlıq yox olur, bu da xeyirin şərdən üstünlüyünü və mütləq qələbə çalacağını göstərir.

 6 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın».  7Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu.  8Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.  9Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu.  10Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.

Müqəddəs Kitabda yer sözü ruhani mənada “Allahın xalqı”, dənizlər isə “bütpərəstlər” (Yeşaya 57:20) deməkdir.Yer bərəkərlidi, bol bəhrə verir, yerin bəhrəsi salehlərin xoş əməlləridi, dənizlər isə heç bir bəhrə vermir, əksinə bütün çirkab dənizlərə axır.Tanrının yeri gələcəkdə dəyişdirməsi (Vəhy 21:1) Allahın xalqının dirilmədən sonrakı yeni səmavi görkəmini göstərir, dənizlərin isə yeni dünyada olmaması  (Vəhy 21:1) bütprəst xalqlarının yeni göy altında yaşamayacağını göstərir, çünki günahkar xalqlar əbədi məhvə gedir.Allahın suları bir yerə yığıb qurunu ondan ayırması yenə də xüsusi Xalq seçib (K.Əhddə İsrail, Y.Əhddən etibarən biz məsihiləri) onu bütpərəstlərdən ayırmasını göstərir.

 11Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu.  12Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır.  13Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.  

Ağaclar (Zəb 1, Mat 3:10), bitkilər (Mat 15:13) otlar və güllər (Zəb 37:2, 92:7, Zəb 103:15) məcazi mənada insanların bənzərində yaradılıb.Ağaclar həm də xalqlar deməkdir.Məsələn İncil ağacı məcazi mənada Allahın xalqı İsrailin bir bənzəridir (Huşə 9:10,Yer 24:3-10).Üzüm tənəyi həm İsrail (Yez 17:6, Huşə 9:10), həm də Məsihilikdi (Yəh 15:1).Nar ağacı da ruhani mənada İsrail və Məsihilikdə günahları yuyan qanın bir bənzəridir.Bunlardan başqa bir çox ağaclar: qofer, sidr (Zəb 92:12), xurma (Zəb 92:12), tut, şam, zeytun (Zəb 52:8) (Müqəddəs Ruh, həm də məsihilər), palıd (Möhkəm iman) ağacları salehlərin bənzəridə yaradılıb, ağacların meyvələri salehlərin əməlləridir.Bitkilər də insanların bənzərindədir (Mat 15:13), buğda, taxil salehlərdi (Mat 3:12, Yəh 4:35), dəclicə günahkarlar (Mat 13:24-30) Yaşıl ot salehlər (72:16, Zəb 90:5), saman çöpü günahkarlardı (Zəb 1:4, Luka 3:17).



14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin.  15Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu.  16Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi.  17Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın,  18gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır.  19Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.

Günəşı Tanrı Öz bənzərində yaradıb (Zəb 84:11, Mal 4:2, Mat 17:2, Luka 1:78) .Günəş yanan alovdu, nurdu, həyatdı, Tanrı da həmçinin.Yer üzündə həyat günəşdən asılıdı, günəş olmasa həyat da olmaz, Allah da olmasa  həyat olmaz.İnsandan doğulanlar insana oxşadığı kimi, Allahdan doğulanlar da Allaha oxşayacaq, günəş kimi parlayacaq (Mat 13:43, Hak 5:31).Ay - Allahın Xalqının bənzərində yaradılıb, ay nurunu günəşdən aldığı kimi Tanrının Xalqı da nurunu, ilahi sevgisini Allahdan alır.Ay qaranlıqda olanlara nur saçdığı kimi, Allahın  Xalqı şərin əsarətində olanlara nur saçır: Həqiqəti, Rəbbin sevgisini, iradəsini və  qanunlarını bildirir.Ulduzlar məcazi mənada Rəbbin cəmiyyətlərinin (Vəhy 1:16, 3:1), salehlərin (Dan 12:13)  və mələklərin (Vəhy 12:4, Yeş 14:12) bənzərində yaradılıb. Rəbbin cəmiyyətləri yer üzündə göylərdən baxanda ulduz kimi parlayır. Ulduzlar nurdu, nəhəngdi, göylərdədi; mələklər də nurdu, böyükdü, göylərin sakinləridir


 20 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».  21Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.  22Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».  23Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.

Dənizlər məcazi mənada bütpərəstlərin bənzəri olduğu kimi, balıqlar, və eləcə də sularda qaynaşan digər məxluqlar iblisin əsarətində olan günahkar insanların bir bənzəridir (Mat 13:47).İsa Məsihin balıq möcüzələri Onun şeytanın əsarətindən günahkar insanları çıxarmasını göstərirdi.Balıq özbaşına sudan çıxıb quruda gəzə bilmədiyi kimi, Allah çıxarmasa heç kim şərdən azad ola bilməz (Mat 14:17-21, 15:34-38, Luka 5:4-7, Yəh 21:3-6).Allah quşları da məcazi mənada insanların bənzərində yaradıb. Qartal – Allahın sürətində (Q.T.32:11, Yez 17:3-7, Vəhy 12:14), göyərçin Müqəddəs Ruhun (Mat 3:16, Yar 8:9, 8:11), və salehlərin (Zəb 68:13, 102:7, 124:7, N.N 1:14, Yeş 38:14, 59:11, Mat 10:16, Məs 27:8 ),  pak quşlar salehlərin, leş yeyən napak quşlar cin ruhlarının (Vəhy 18:2, Yar 15:11) və şərə itaət edən insanların bənzərində yaradılıb (16:2).

 24 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.  25Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.  


Ev heyvanları da Allahın Ev əhli olan salehlərin bənzərində yaradılıb.Müqəddəs Kitabda Allah Özü Çoban (Zəb 23:1, 80:1, Yeş 40:11, Yer 31:10, Mat 25:32, Yəh 10:11,14,16), imanlılar isə qoyun adlanıb (Zəb 79:13, Zəb 95:7, 100:3, Yeş 53:6, Yer 50:6, Yez 34:6,8,17,19,31, Mat 9:36, 26:31, Mark 6:34, Yəh 10:3-27, 1 Pet 2:25).Ot yeyən çöl heyvanları da qismən salehlərin, qismən də bütpərəstlərin bənzərindədi, çünki bütpərəst xalqları Allaha (Çobana) malik deyil, ona görə də şər ruhların bənzərində olan vəhşi heyvanlar daim onlarla qidalanır.Aslan heyvanların ən güclüsü olduğu üçün güc-qüdrət deməkdir, ona görə də həm Allah (Yeş 31:4, Hüşə 5:14, 13:7, Vəhy 5:5), həm saleh insanlar (Məs 28:1), iblis güclü olduğu üçün həm də o Müqəddəs Kitabda  aslan adlanıb (1 Pet 5:8).Bir çox salehlərin şiri öldürməsi (Hak 14:5-6, 1 Pad 17:34-36) ruhani döyüşdə şeytana qalib gəlməsini göstərir.Şərə itaət edən zalımlar da (Məs 28:15, Yez 32:2), hətta mələk belə  aslanla müqayisə edilib (Vəhy 10:3).İblis ruhani ilandı (Yar 3:1-5, 2 Kor 11:3, Vəhy 12:5,9)

İnsan Tanrının surətində yaradlılıb.Bir çox şeylərə görə; xarakter, hisslər,  keyfiyyət, idrak, elm və yaratma qabiliyyətinə görə doğrudan da insan kimi Allaha bənzər başqa bir canlı yoxdu.İnsanda olan bir çox hiss və keyfiyyətlər, məsələn: Sevgi (1 Yəh 4:8), qəzəb (Çıx 4:14), sevinc (Q.T.28:63), peşmançılıq (Yar 6:6), kədər, gülmək (Zəb 1:4), istehza (Zəb 1:4) Yaradanda da var, çünki insanı Tanrı Öz bənzərində yaradıb.İnsada da Allahdakı kimi yaratma qabiliyyəti var, fərq bundadır ki, Allah yoxdan yaradır, lakin insan Allahın yaratdığından.Yer üzündə heç bir canlı insanın düzəltdiklərini yarada bilməz, məsələn: Odlu silahlar, təyyarələr, binalar, körpülər, avtomobillər, peyklər və s.Kişi Ata Allahın, qadın isə onun Müqəddəs Ruhunun bənzərində yaradılıb.Ailədə kişi də Allah kimi həyatın qaynağıdı.Qadın da Müqəddəs Ruh kimi doğur, Onun kimi gözəldir, safdır.

26 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».  27 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.  28Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».  29Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.  
30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu.  31Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.


İnsan Tanrının surətində yaradlılıb.Bir çox şeylərə görə; xarakter, hisslər,  keyfiyyət, idrak, elm və yaratma qabiliyyətinə görə  da insan kimi Allaha bənzər başqa bir canlı yoxdu.İnsanda olan bir çox hiss və keyfiyyətlər, məsələn: Sevgi (1 Yəh 4:8), qəzəb (Çıx 4:14), sevinc (Q.T.28:63), peşmançılıq (Yar 6:6), kədər, gülmək (Zəb 1:4), istehza (Zəb 1:4) Yaradanda da var, çünki insanı Tanrı Öz bənzərində yaradıb.İnsada da Allahdakı kimi yaratma qabiliyyəti var, fərq bundadır ki, Allah yoxdan yaradır, lakin insan Allahın yaratdığından.Yer üzündə heç bir canlı insanın düzəltdiklərini yarada bilməz, məsələn: Odlu silahlar, təyyarələr, binalar, körpülər, avtomobillər, peyklər və s.Kişi Ata Allahın, qadın isə onun Müqəddəs Ruhunun bənzərində yaradılıb.Ailədə kişi də Allah kimi həyatın qaynağıdı.Qadın da Müqəddəs Ruh kimi doğur, Onun kimi gözəldir, safdır.Məhz Allahın surətində və bənzərində olduğu üçün Tanrı bütün canlılar üzərində hökmranlıq etməsini insana tapşırır.İnsanTanrının surətində olduğu üçün yer üzündə hansı canlı insanın önündə dursa sanki təzim edir, çünki boynu aşağı yaradılıb.Dünyada insan kimi şax duran başqa bir məxluq yoxdu.

YEKUN.
1-ci fəsil haqda əlavələr.

Beləliklə göründüyü kimi Tanrı yaratdığı hər şeyi xeyir və şərin bənzərində yaradıb və hər yaratdığının da 3 hissədən ibarət olduğu nəzərə çarpır, çünki Tanrı vəhdəti 3-dən ibarətdir.1-ci gün göylər, yer, və işıq.2-ci gün göy qübbəsi, torpaq və dənizlər.3-cü gün ağaclar, bitkilər və ot-ələf.4-cü gün günəş, ay və ulduzlar.5-ci gün su əjdəhaları, suda qaynaşan və sürünənlər və quşlar.6-cı gün ev heyvanları, sürünən canlılar və çöl heyvanları.Və həmçinin 6-günü də Allahın bənzərində olan insan.İndi isə bir çox yaradılışın ruhani mənasını fikir verin, bu gələcəkdə Müqəddəs Kitabdakı sözlərin ruhani mənasını anlamaqda  çox kömək edəcək.Dağ, arvad, bağ - Allahın xalqının; təpələr, səhralar, su damcıları və qum dənələri  - bütpərəst xalqlarının bənzərində; meşə, qadın, qız – xalq; hava, külək, meh, qasırğa, bulud, çay, vulkan, yağış, su, sel, bulaq, şərab, yağ, süd, buğ, çıraq, şam, tok – Allahın Ruhunun bənzərindədir. Bal, qar, qızıl, qılınc, toxum, çəkic, mıx, daş  - Allah Kəlamının bənzərində yaradılıb.İldirim – Allahın Səsi, gümüş – kəffarə, duman, tüstü – şər; alov, od  – Allah; gəmi, qayıq, məbəd, bina - Məsihin bədəni (Allah), ev, küp, səhəng – insan bədəni, donuz – bütpərəstlər, yuxu – ölüm, dolu – Rəbbin Qəzəbi, şəhər – göydəki Yeni Yerusəlim (Cənnət), buxur - salehlərin duası, padşah – Allahın surəti, dağ – padşahlıq, hakimiyyət; buynuz – padşah, hakimiyyət; şeypur səsi - Allahın səsi, peyğəmbərlik səsi; daş-qaş – ruhani ənam deməkdir.

rƏNGLƏRİN RUHANİ MƏNASI

 QIRMIZI – bədənin günahları (Yeş 1:16-18)  NARINCI – odla imtahan ( 1 Pet 4:12, 13; Yez 1:4) SARI – imanın qızılı (1 Pet 1:5-9)  YAŞIL - əbədi həyat (Zəbur 92:13-15) MAVİ – Allah Kəlamı (Saylar 15:37-41) GÖY – Padşahlıq  və BƏNÖVŞƏYİ – kahinlik rəngi (İmanın mükafatı) – salehlik, QARA – şər

RƏQƏMLƏRİN MƏNASI


1 Allahin təkliyi, 2 xeyir və şər. 3 Tanrı vəhdətinin tamı, 4 Allahın yaratma işinin tamı, 5 Rəbbin lütfü, 6 natamam, insan sayı, şər, Allahın cəzası, fani, 7 tam, ruhani nizam, 8 ölməzlik, dirilmə, 9 Rəbbin hökmü, 10 nizam, ruhun bəhrəsi, 11 xaos, bəla. 12 Allah tərəfindən qurulan cəmiyyət, 13 günah, 14 ikiqat tam, ruhani nizam, 15 üç qat Rəbbin lütfü, 17 adi nizam, və ruhai nizam, 18 nizam və dirilmə, 19 adi nizam və Rəbbin hökmü, 20 ikiqat nizam, ruhani kamilliyə yaxınlıq, 21 üç qat ruhani nizam, 22 ikiqat xaos, 24 2 cəmiyyət, 30 Tanrı nizamının tamı, 37 Tanrı Kəlamı, 40 sınaq və cəza, 50 kamil ruhani nizam, 60 natamam, fani cəmiyyət, 66 Allaha və xaqına qarşı, düşmən, iblisdən, 70 kamil ruhani cəmiyyət, 153 Allah oğulları, 666 natamam, Məsihin əleydarı.natamam, fani cəmiyyət, 66 Allaha və xaqına qarşı, düşmən, iblisən, 70 kamil ruhani cəmiyyət, 153 Allah oğulları, 666 natamam, Məsihin əleydarı.

(ARDI VAR)

Комментариев нет:

Отправить комментарий